BANK

21 Avqust

Metronun bu stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açıq olacaq

Avqustun 21-dən etibarən metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Fins.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi açıqlama yayıb.

Qeyd olunur ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 May" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər: “Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir”.