BANK

18 Avqust

Bankların aktivlər verdiyi şəxsələrin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən özünüməşğulluq proqramına dəstəyin göstərilməsi işləri davam edir.


Nazirliyin yaydığı məlumata görə, bu il artıq 250-dək proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər verilib. Proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.

Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının cari ildə banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.