BANK

18 Avqust

Alfa-Bank  Minskdəki filialların iş vaxtını azaldıb

Belorusiyadakı Alfa-Bank, kütləvi etirazlar zamanı Minskdəki filiallarının iş vaxtını azaltdıb.Fins.az xəbər verir ki, bu  barədə  bankın mətbuat xidmətinin nümayəndəsi TASS-a bildirib.

"İşçilərimizi və müştərilərimizi qorumaq üçün bank filiallarının iş vaxtını dəyişdirməyə məcburuq. Filialların iş saatları azaldılmışdır ki, bank işçiləri nəqliyyat problemləri olmadan (küçələrin bağlanması səbəbindən tıxaclar) evə qayıtmağa vaxt tapsınlar eyni zamanda bank işçiləri və müştərilər hüquq mühafizə orqanları tərəfindən tutulmasın deyə yeni rejim tətbiqinə məcburuq"-deyə bankdan bildirilib.

Kredit təşkilatının mətbuat xidmətindən də bildirilib ki, mümkün qədər qısa müddətdə bank mümkün qədər uzaq iş rejiminə keçdi və bankın normal işini dəstəkləyən işçilər üçün taksi ilə gediş gəliş haqqı ödənilir.

Bank, həmçinin Minskdəki etiraz aksiyaları zamanı filiallarda  döyülmə və talanların olmadığını vurğulayıb. 

 Alfa-Bank (Belarusiya) MDB məkanında ən böyük özəl maliyyə və sənaye konsorsiumlarından biri olan Alfa Group konsorsiumunun bir hissəsidir. Hazırda bank holdinqi ABH Holdings S.A. ZAO Alfa-Bankın 99.9% səhmlərinə sahibdir.

Müəllif:Aynur Qəniyeva