BANK

12 Avqust

Kapital Bank nizamnamə kapitalını artırmağı planlaşdırır

Kapital Bank nizamnamə kapitalını 8,8% artırmağı planlaşdırır.Əlavə buraxılış hər bir qiymətli kağızın nominal dəyəri 12,39 manat olan 1 milyon 614.205 min səhmə bölünür

Fins.az xəbər verir ki, bu barədə Kapital Bank-dan məlumat verilib.

Bankın nizamnamə kapitalı hazırda 40 milyon manata imtiyazlı səhmlər daxil olmaqla 225 milyon 849 min 999.9 manat təşkil edir.

Hazırda bankın imtiyazlı səhmlərinin sahibləri 3 hüquqi şəxsdir: PAŞA Holdinq və holdinqin tərkibinə daxil olan iki sığorta şirkəti.