BANK

12 Avqust

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” ilə bağlı bankların təklifi müzakirə edilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun  onlayn iclası keçirilib.

Fins.az xəbər verir ki,iclas zamanı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” ilə əlaqədar banklar tərəfindən verilmiş təkliflərin müzakirəsi davam etdirilmişdir, həmçinin banklar öz müvafiq rəy və təkliflərinə dəyişikləri həyata keçirilib

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Müəllif:Aynur Qəniyeva