BANK

12 Avqust

İyulda Azərbaycanda deflyasiya qeydə alınıb

2020-ci ilin yanvar-iyul aylarında illik inflyasiya 2,9 faiz təşkil edib. 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-iyul aylarına nisbətən 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,0 faiz artıb.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz azalıb (deflyasiya), əvvəlki ilin iyul ayına nisbətən 2,7 faiz artıb.

Məlumata görə, 2020-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz azalıb, əvvəlki ilin iyul ayına nisbətən 4,6 faiz artıb.