BANK

11 Avqust

Bağlanan banklardakı sığortalanmayan əmanətlərin qaytarılmasına başlanılır- TARİX AÇIQLANDI

Ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də  olan sığortalanmamış əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılacaq

Fins.az xəbər verir ki, bu barədə  Əmanətlərin Sığortalanması Fondu məlumat yayımlayıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilmiş, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınmışdır.

Müəllif:Aynur Qəniyeva