BANK

11 Avqust

SUP.VC şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə “International Fintech Evening” tədbiri keçirilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, SUP.VC şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə “International Fintech Evening” tədbiri baş tutdu. Global / Raisin Savings, Nearbanking, VK.COM, Yandex Money, Lending Club, Colendi,  Alkredit.az, Findexable, BCG, Neodigital, Optio.ai, Payzakat, Silksoftgroup, PayDay and Paym.es-dən olan spikerlərlə tədbir, avqust ayının 7-si saat 19:00-da keçirilib. 

Tədbir hər biri 45 dəqiqə olan ”Traditional banking has changed strategy”, “Is fintech boosting financial inclusion?” və “Big Tech bursts on the scene” adlı 3 sessiyadan ibarət olub.

Tədbir haqqında məlumat, Birləşmiş Krallıq, Portuqaliya, Turkiyə və Kazaxstanın Jornaleconomico.pt, Fintechtime.com və Bluescreen.kz kimi media resurslarında da dərc olunub. 

2015-ci ildə qurulan SUP.VC  şirkəti startaplara xarici və yerli mentorlar vasitəsiylə  məhsulu inkişaf etdirilməsində, müştəri bazası toplamaqda, investorların cəlbində kömək edən startap akseleratorudur.

2018-ci ildən etibarən isə SUP.VC regiondakı xüsusi korporativ innovasiya proqramları təklif etmək üzrə ixtisaslaşmışdır.

Qlobaldan 38 mentor, 12 beynəlxalq hackathon, 22 startap şirkətinə ev sahibliyi edən SUP.VC, həmçinin bir neçə Fintech tədbirinin də təşkilatçısıdır.

Bundan əvvəl UNİBANK-la birgə təşkil olunan 54 saatlıq Startup Weekend Fintech tədbiri, Bank Respublika ilə Fintech İnkubasiya Proqramı, VİSA-la Fintech Meetup, PASHABank-la Fintech WEEK, hətta Silikon Vadisinə Fintech Tur da məhz SUP.VC tərəfindən reallaşmışdır.