BANK

11 Avqust

Funtun bahalaşması və  Avrozonada yeni meyillər

Beynəlxalq valyuta birjalarında bu gün Avrozona və İngiltərə iqtisadiyyatlarına dair dərc ediləcək önəmli fundamental məlumatlar öncəsi, avro və funtun qiymətlərində bahalaşma müşahidə edilir. 

Texniki analizə əsasən, EUR/USD məzənnəsi 1.17, GBP/USD məzənnəsi isə 1.30$-ın üzərində ticarət edildikcə, hər iki maliyyə aləti üzrə bahalaşma proqnozları üstünlük təşkil edilr. Beləliklə, avro 1.19 və funt 1.33$-a kimi dəyər qazana bilər. 

EUR/GBP valyuta cütlüyünün qiymətində maraqlı texniki mənzərə yaranmaqdadır. Belə ki, iyulun başlaması ilə avronun funta nisbətən daha çox təzyiq gördüyünün şahidi oluruq. Bu müqavimət qiymət 0.90 funtun altında qalarsa, daha da güclənə bilər. 0.8860 funtun qırılması ilə ucuzlaşma 0.8670 funta kimi daha da sürətlənə bilər.  

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin əmək bazarı ilə bağlı göstəricilərin və saat 13:00-da Almaniya və Avrozonada gələcək iqtisadi gözləntiləri ölçən indeksin dərc edilməsi də investorlar tərəfindən böyük maraqla gözlənilir.