Almaniyanın Yenidənqurma Bankı (KfW) Gürcüstana ölkənin dörd bələdiyyəsində: Bağdadi, Vani, Samtredia və Kazbegidə kommunal infrastrukturun yenidən qurulması və modernləşdirilməsini maliyyələşdirmək üçün istifadə edilməsi üçün 130 milyon avro kredit verir.
Fins.az xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyindən verilən məlumata görə, müvafiq kredit müqaviləsini şöbə müdiri İvane Maçavariani və KfW Cənubi Qafqaz regional ofisinin direktoru Klaus Faigel imzalayıb
Məruzədə qeyd olunur ki, layihə "bu bölgələrin sürətli inkişafını təşviq etmək, turizm infrastrukturunu təkmilləşdirmək, əhali üçün xidmət keyfiyyətini yaxşılaşdırmaq və investisiyanı stimullaşdırmaq üçün" hazırlanıb.
Layihə Gürcüstanın Dövlət Su Təchizatı Şirkəti (UWSCG) tərəfindən həyata keçiriləcək.
Almaniya Gürcüstanda ən böyük investor və donorlardan biridir. Xüsusilə, 1993-cü ildən bu yana Gürcüstanda fəaliyyət göstərən KfW Bank, respublika iqtisadiyyatının müxtəlif sahələrində güzəştli kreditlər şəklində təxminən 1 milyard avro sərmayə qoyulub.
Müəllif:Aynur Qəniyeva