BANK

10 Avqust

Lirə dəyərdən düşür -TÜRKİYƏDƏ DOLLAR REKORD HƏDDƏ BAHALAŞIR

Qlobal maliyyə xidmətləri şirkəti Goldman Sachs-ın analitikləri Türk Lirəsinin (TL) dəyərdən düşməkdə davam edəcəyini gözləyirlər.

 Goldman Sachs Group Inc., xəbərdarlıq da edib: "Avqust ayında daha kəskin ucuzlaşmanın yaşanmasına dair risklər artır".

Lirə, bu ay dollar qarşısında 4%-dən çox dəyərdən düşərək dünyanın ən pis performans göstərən ikinci pul vahidi olub. TL-nin illik ucuzlaşması 18%-i aşıb.

Goldman, dollar/TL məzənnəsində 3, 6 və 12 aylıq proqnozlarını 7,75 lirə, 8 lirə və 8.25 lirə səviyyələrinə yüksəldib. Əvvəlki proqnozları müvafiq olaraq 7 lirə, 7.50 lirə və 8 lirə idi.

Goldman analitiklərinin hesabatında, "Əhalinin dollarda əmanətlərinin artırması, inflyasiyanın yüksələ biləcəyi riski, məhdud ehtiyatlar, xarici maliyyə kəsiri və qeyri-ənənəvi siyasətlər nəzərə alındığında dollar/TL məzənnəsində risklər yuxarı istiqamətlidir" ifadəsinə yer verilib.