BANK

09 Avqust

JPMorgan: Dolların \"ehtiyat valyuta\" statusu üçün heç bir təhlükə yoxdur

JPMorgan strateqləri, dollranın daha da ucuzlaşa biləcəyini qeyd ediblər, ancaq Goldman Sahcs-ın qeyd etdiyi kimi bu bir struktur enişi deyil.
JPMorgan Chase Co. Strateqlər dolların daha da düşə biləcəyini, ancaq bunun Goldman Sachs Group Inc -in proqnozunda deyildiyi kimi olmadığını qeyd edirlər.. Keçən həftə analitiklərinin qeyd etdikləri kimi bir hərəkət olmadığı vurğulanır

"Dolların struktur amillərə əsaslanaraq daha geniş və daha uzun bir istiqamətdə olması fikri ilə razılaşmamağa davam edirik" deyən JPMorgan Valyuta strateqləri, Daniel Hui, Pol Meggyesi və Juan Duran-Vara, 7 Avqust qeydlərində bildirib. Struktur amillər arasında "ehtiyat valyuta statusunu itirən dollar" və "bölgədəki böyümə çətinliklərindən qurtaran avro" daxildir "deyilir qurumun proqnozunda.
JPMorgan, qiymət artımını dəstəkləmək üçün Fed-in səylərini gücləndirmək ərəfəsində inflyasiya ilə əlaqədar narahatlıqlar ilə müştərilərlə görüşdüklərini bildirib."İnflyasiyaya və valyutanın dəyərdən düşməsinə təzyiq qızılın rekord səviyyəyə qalxması səbəbindən güclənib" deyilir açıqlamada.

Goldman-ın əmtəə strateqləri, keçən həftə bu məsələyə toxunaraq, Amerikanın 'valyuta dəyərsizləşməsi' qorxusunu oyadan siyasəti səbəbiylə ABŞ dollarının ehtiyat valyuta statusunu itirmə riski ilə əlaqədar real qorxuların olduğunu bildirmişdi.
JPMorgan strateqləri son zamanlarda inflyasiya gözləntilərinin göstəricilərinin yuxarıya doğru irəlilədiyini və bunun son 10 ildə son ayın ən böyük aylıq düşməsi ilə əlaqəli olduğunu vurğulayıb.

Müəllif:Aynur Qəniyeva