BANK

07 Avqust

Çinin xarici valyuta ehtiyatı iyulun sonunda 3,15 trilyon dollara yüksəlib

Çinin valyuta ehtiyatı iyulun sonuna 3,15 trilyon dollar olub
Çin Mərkəzi Bankının (PBOC) məlumatlarına görə, Çinin valyuta ehtiyatı iyul ayının sonunda 3.15439 trilyon dollar səviyyəsində idi. Çinin valyuta ehtiyatı iyun ayının sonunda 3.1123 trilyon dollar olub.
İqtisadçıların orta hesablamalarına görə ehtiyatların 3,14 trilyon dollara çatacağı gözlənilirdi. Sorğuda iştirak edən 19 iqtisadçının hesablamaları 0.046 trilyon ilə 3.18 trilyon dollar arasında olub.

Bloomberg-in hesablamalarına görə, iyul ayının sonunda valyuta ehtiyatları 42,1 milyard dollar artıb.

İyulun sonuna qızıl ehtiyatları 123,09 milyard dollar səviyyəsində idi. İyun ayının sonunda bu ehtiyatlar 110,76 milyard dollar təşkil edib.

Müəllif:Aynur Qəniyeva