“Ödəniş sistemləri və rəqəmsal bankçılıq” və “Komplayns” ekspert qruplarının nümayəndələrinin birgə onlayn görüşü keçirilib
Fins.az xəbər verir ki,Azərbaycan Banklar Assosiasiyası məlumat yayımlayıb
Məlumata görə,görüş zamanı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən aparılan rəqəmsal ödənişlər, korporativ kartların tətbiqi ilə həyata keçirilən əməliyyatlar, “Azərbaycan Respublikasının “Nağdsız hesbalaşmalar haqqında Qanun”un tətbiqi və bununla bağlı yaranan problemlər müzakirə edilib.
Hər iki ekspert qrupu tərəfindən əsaslandırılmış fikirlərin irəli sürüldüyü görüşdə hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən aparılan rəqəmsal ödənişlərdə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edilməsi və bu istiqamətdə fəaliyyətin birgə koordinasiyası razılaşdırılıb.
Müəllif:Aynur Qəniyeva