BANK

06 Avqust

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

İngiltərə Mərkəzi Bankı (BoE) Avqust iclasında pul siyasətində dəyişikliyə getmədi.

Bank pul siyasəti faizini rekord aşağı səviyyə olan mənfi 0.1%-də saxlayıb.

BoE-nun qiymətli kağız alışı hədəfi 745 milyard sterlinq (980 milyard dollar) səviyyəsində qalacaq.

Bank inflyasiyanın görünüşündən əmin olmadıqca pul siyasətində sərtləşdirmə planlamadığını bəyan edib.

Mütəxəssislərin proqnozu da hər hansı bir dəyişikliyə gedilməyəcəyi istiqamətində idi.

BoE 2% olan inflyasiya hədəfinə çatdıqda və bu səviyyə qalıcı olduqda pul siyasətində sərtləşdirmə planlaşdırır.

Sterlinq bankın təşviqini qoruması və faizlərin aşağı qalacağı istiqamətində siqnal verməsinin ardından bahalaşıb. Sterlinq/dollar məzənnəsi qərarın ardından 1.3183-ə qədər yüksəlib