Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiyməti Amerika sessiyasında yenidən ucuzlaşıb. Asiya sessiyasında isə cari həftənin önəmli dəstək səviyyələri də qırılaraq, dollar 93.25 punktun altında ticarət edilməkdədir. Həftə ərzində artıq ikinci dəfədir ki, Avropa sessiyasında müşahidə edilən bahalaşma dalğası, amerikalılar tərəfindən sındırılır.
Təhlillərə əsasən, dollar indeksi 94 müqavimət səviyyəsinin altında qaldıqca, ucuzlaşma davam edə bilər. Əlavə olaraq, 93 və 92.50 punktlarının qırılması ilə ucuzlaşma dalğasının zamanla sürətlənəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bu gün yayımlanacaq önəmli fundamental məlumatlarla zəngin gündür. Belə ki, Bakı vaxtı ilə saat 12:00, 12:30 və 18:00-da müvafiq olaraq Avrozona, İngiltərə və ABŞ-ın xidmət sektorlarında biznes aktivliyini ölçən göstəricilər dərc ediləcəkdir.
Qeyd etmək lazımdır ki, bazar ertəsi sənaye sektorunda biznes aktivliyini ölçən göstəricilər proqnozları üstələmişdir.