BANK

05 Avqust

Türkiyədə inflyasiya yenidən azalıb

Türkiyədə inflyasiya proqnozlaşdırıldığından daha sürətlə azalıb.

Türkiyənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, iyul ayında istehlak qiymətləri indeksi illik müqayisədə 11.76% artıb. İnflyasiyanın illik artım dinamikası iyun ayında 12.62%-ə yüksəldikdən sonra aprel ayında da 12.10%-ə düşməsi proqnozlaşdırılırdı. 

Qeyd etmək lazımdır ki, Türkiyədə illik inflyasiya 2018-ci ilin oktyabr ayında 25.24%-ə yüksəldikdən sonra noyabr ayından etibarən azalmağa başlayıb.