BANK

04 Avqust

Azərbaycanda banklar  valyuta hərracında 55 milyon dollar alıb

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı günü Dövlət Neft Fondunun  iştirakı ilə keçirilən valyuta hərracında banklara 55 milyon dollar satıb

Çərşənbə axşamı keçirilən hərracda banklardan tələb 55 milyon dollar təşkil edib və tam təmin edildi. Hərrac nəticəsində manatın dollara nisbətdə orta məzənnəsi 1,7 manat /  1 dollar olub və çərşənbə axşamı səhər məzənnə ilə müqayisədə dəyişməyib.