BANK

04 Avqust

Neft Fondu satdığı dolların məbləğini AÇIQLAYIB

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satıb
 Fins.az xəbər verir ki,bu barədə Dövlət Neft Fondu məlumat yayımlayıb

Mart ayında neftin qiymətinin güclü düşməsi fonunda Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olundu, lakin martın 29-dan etibarən tələb tədricən azalmağa başlayıb.

ARDNF hazırda valyuta hərraclarında valyuta satışının əsas  təminatçısıdır. Fond  bu il valyuta hərraclarında 6.8 milyard dollar dəyərində xarici valyuta satmağı planlaşdırdığını bildirib

Müəllif:Aynur Qəniyeva