Amerika göstəricilərinin Avrozona və İngiltərə üzrə göstəriciləri üstələməsi, dollara olan tələbi artırıb.
Amerikaya dair fundamental göstəricilərin Avrozona və İngiltərə üzrə göstəriciləri üstələməsi, EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmalarına səbəb olur. ABŞ-da inflyasiyanın 0.6%-ə yüksəlməsi, istehsal sektorunda biznes aktivliyi indeksinin 54.2 punkta çatması, dollar fonunda nikbinliyin artmasına səbəb olur. Tendensiya özünü cümə günü Amerikanın əmək bazarı ilə bağlı yayımlanacaq göstəricilərdə də göstərərsə, dollara nisbətən qiymətlərdə ucuzlaşma daha da sürətlənə bilər.