BANK

02 Avqust

Azərbaycanının hansı bölgəsində banklara daha çox əmanət yerləşdirilib?-SİYAHI

Mərkəzi Bank bölgələr üzrə banklara yerləşdirilən əmanətlərin məbləğini açıqlayıb.
Fins.az xəbər  verir ki, Bakıda banklara 6 milyard 906,8 milyon manat əmanət etibar edilib.

İqtisadi rayonlar üzrə banklara yerləşdiriləm əmanətin məbləğinə görə sıralanma aşağıdakı kimidir

Abşeron – 204,7 milyon manat

Gəncə-Qazax – 163,1 milyon manat

Aran – 168,3 milyon manat

Quba-Xaçmaz – 61,3 milyon manat

Lənkəran – 57,3 milyon manat

Şəki-Zaqatala – 56,6 milyon manat

Naxçıvan – 49,6 milyon manat

Dağlıq Şirvan – 20,4 milyon manat

Yuxarı Qarabağ – 17,7 milyon manat.

Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı statistik məlumatlara görə 2020-ci il iyulun 1-nə əmanətlərin miqdarı 7 milyard 706,4 milyon manat təşkil edib. Bu göstərici isə əmanətlərin 931,5 milyon manat azalmağı deməkdir.

Müəllif: Aynur Qəniyeva