BANK

30 İyul

\"Ləğv prosesində olan banklarda blokda olan əmanətlərlə bağlı məsələ əmanətçilərin xeyrinə həll olunacaq\"

Ləğv prosesində olan banklarda müştərilərin blokda olan əmanətləri ilə bağlı məsələ yaxın zamanda həll olunacaq.

Fins.az xəbər veri ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Azərbaycan Konstitusiya Məhkəməsi artıq bu məsələyə baxıb. Yalnız prosedur məqamlar qalıb. Düşünürəm ki, bu məsələ yaxın zamanda əhalinin xeyrinə öz həllini tapacaq”, - Rüstəmov bu gün mətbuat konfransında bildirib.