BANK

30 İyul

Mərkəzi Bank: “Ani ödənişlər sistemi” ilin sonunadək istifadəyə veriləcək

Azərbaycanda 7/24/365 rejimli “Ani ödənişlər sistemi” cari ilin sonunadək istifadəyə veriləcək.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, ilkin mərhələ avqustda təqdim olunacaq, tam mərhələ isə ilin sonunadək yekunlaşacaq. Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək.