BANK

30 İyul

Azərbaycan Mərkəzi Bankı faiz qərarını AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7-dən 6,25 %-endirilməsi haqqında qərar qəbul edib.

Fins.az xəbər verir ki bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib.
O bildirib ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 7,25% səviyyəsində müəyyən olunub.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcək.

Müəllif:Aynur Qəniyeva