JPMorgan'ın inkişaf maliyyələşdirmə agentliyi, Gürcüstan enerji şirkətinə 250 milyon dollar dəyərində yaşıl istiqraz ixrac edərək ilk razılaşmasını həyata keçirib.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,cümə axşamı Georgia Global Utilities ilə imzalanan müqavilə, bankın inkişaf maliyyələşdirmə agentliyi adı ilə ilk razılaşması idi.
Müxtəlif bölgələr üçün kapital bazarlarının idarə edilməsini həyata keçirən Stefan Weiler'in sözlərinə görə, JPMorgan iqtisadi və ekoloji layihələri dəstəkləyərək bir çox investorun diqqətini cəlb edib.
JPMorgan, inkişaf maliyyəsi olaraq 100 milyard dollar təmin etmək üçün keçən ilin yanvar ayında inkişaf agentliyinin yaradıldığını elan edib. Agentliyin qurulmasının investisiya bankçılığı və digər bazarla əlaqəli sektorlara töhfə verəcəyi düşünülürdü.
"Görürük ki, borc bazarları və maliyyə sazişlərinin verilməsi, digərləri ilə yanaşı, geniş yayılmaqdadır" deyən JPMorgan -nın icraçı direktoru Faheen Allibhoy bildirib ki, "Bizim çeşidimiz çox böyükdür, Yaxın Şərqdən Latın Amerikasına qədər infrastruktur layihələrini dəstəkləyə bilərik."
Müəllif:Aynur Qəniyeva