BANK

29 İyul

FED toplantısı öncəsi dollar kəskin UCUZLAŞDI

Amerika iqtisadiyyatının zəifləyəcəyi gözləntiləri, dolların ucuzlaşmaqda davam etməsinə səbəb olur.

Foreks bazarlarında dollar minimumları yeniləyir
Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatının ikinci rübdə 34% azalacağı gözləntiləri, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olur. Dolların indeksinin dalğalandığı cari səviyyələr sözügedən iqtisadi amilləri artıq nəzərə alıb. Beləliklə, dollar bundan sonra cari gözləntilərin daha da pisləşməsi və ya yaxşılaşmasından asılı olacaqdır. 

EUR/USD məzənnəsi də 1.18$-a kimi bahalaşdıqdan sonra dinamikası zəifləyib. Təhlillərə əsasən, qiymət 1.17$-ın üzərində qaldıqca, əlavə olaraq 1.19$-a kimi də bahalaşa bilər. Eyni tendensiya GBP/USD məzənnəsində də müşahidə edilir. Belə ki, bahalaşma dinamikası 1.29$ müqavimət səviyyəsində zəifləyən funt/dollar valyuta cütlüyünün qiyməti 1.28$-ın üzərində qaldıqca, 1.30$-a kimi də bahalaşa bilər