Fitch Ratings beynəlxalq kredit reytinq agentliyi Çinin kredit reytinqini "A +", reytinqini isə "stabil" olaraq təsdiqləyib.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Fitch Ratings beynəlxalq kredit reytinq agentliyi Çinin kredit reytinqini "A +", reytinqini isə "stabil" olaraq təsdiqləyib.
Fitch-dən verilən açıqlamada, Çinin kredit reytinqinin ölkənin sağlam xarici maliyyələşdirilməsi, güclü makroiqtisadi göstəriciləri və iqtisadi ölçüsü ilə dəstəkləndiyi bildirilir.
Açıqlamada, yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı həyata keçirilən tədbirlər səbəbiylə iqtisadi fəaliyyətin bu ilin ilk rübündə ciddi şəkildə vurulduğu, bunun ardınca Çin iqtisadiyyatının əlamətdar bir inkişafa nail olduğu göstərilib
Açıqlamada, Çinin xarici valyuta ilə uzunmüddətli kredit reytinqinin "A +", reytinqinin isə "stabil" olduğu təsdiqləndiyi bildirilib.
Fitch-in açıqlamasında Çin iqtisadiyyatının bu il 2.7 faiz böyüməsi proqnozlaşdırıldığı və böyümənin 2021-ci ildə 7.5 faizə yüksəlməsindən sonra 2022-ci ildə 5.5 faizə çatacağı gözlənilir.
Müəllif:Aynur Qəniyeva