BANK

28 İyul

Bank Avrasiya 1.578 milyon manat zərər edib

 Bank Avrasiyanın aktivləri 2020-ci ilin birinci yarısında 5.4% azalaraq 161.201 milyon manata enib.

Fins.az xəbər verir bankın kredit portfeli 30 iyun 2020-ci il tarixinə 107.216 milyon manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 1.9% azalma deməkdir. 
Eyni zamanda istehlak kreditləri 8.456 milyon manat olub ki bankda bu növ kreditlərin məbləği 2.4 dəfə artdığının göstəricisidir.Bankın biznes kreditləri 8,5% azalaraq 57.762 milyon manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın öhdəliklərində  7,3 % azalma qeydə alınaraq 93,389 milyon manat olub.

İlin birinci yarısının sonuna bankdakı əmanətlər 47,852 milyon manat (azalma 11,1%), o cümlədən əhalinin əmanətləri 40,396 milyon manat (artım 3,6%) təşkil etmişdir.

Bankın kapitalı 30 iyun 2020-ci il tarixinə 2,7 % azalaraq 67,812 milyon manat, nizamnamə kapitalı isə dəyişməyərək  50 milyon manat təşkil edib

Bankın 2020-ci ilin yanvar-iyun aylarında fəaliyyətinin nəticələrinə görə xalis zərəri 2019-cu ilin 6 ayı ərzində 2 milyon 633.82 min manat mənfəət qarşı 1.578 milyon manat təşkil edib.