BANK

28 İyul

Tariyel İsmayılov: Bank Respublika çağırışların öhdəsindən gələrək, müştərilərinə.."

"Bank Respublika, çağırışların öhdəsindən gələrək, müştərilərinə və tərəfdaşlarına vaxtında və keyfiyyətli dəstək göstərir"

Fins.az xəbər verir ki, bunu Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov deyib.

Məlumata görə bankın uğurlu maliyyə nəticələrindən danışan sədr qeyd edib ki, birinci yarımillikdəki müsbət maliyyə nəticələri onu göstərir ki, bütün dünyanın COVİD-19 pandemiyası və neft qiymətlərinin sürətlə düşməsindən irəli gələn təhdidlərlə üz-üzə gəldiyi çətin dövrdə, Bank Respublika, çağırışların öhdəsindən gələrək, müştərilərinə və tərəfdaşlarına vaxtında və keyfiyyətli dəstək göstərir.

Eyni zamanda "Bizim üçün prioritet məsələ əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın sağlamlığıdır, biz bunun təmin edilməsi üçün bütün tədbirləri görürük. Bank tərəfindən həyata keçirilən texnoloji transformasiya strateqiyası, nəinki bank məhsullarının satışını yeni mərhələyə keçməsinə, həmçinin pandemiya şəraitində əməkdaşların müştərilərlə qarşılıqlı əlaqədə olaraq məsafədən işləməsini  təmin etmişdir. Biz Bank üçün komfort səviyyədə olan kifayət qədər kapital ehtiyatına və likvidliyə malik olaraq, həm korporativ, həm də fərdi müştərilər üçün yüksək keyfiyyətli xidmət göstərərək işləməyə davam edirik”. deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Müəllif:Aynur Qəniyeva