BANK

28 İyul

Muganbank 1 milyon 880.77 min manat zərər edib-RÜBLÜK HESABAT

 Muğanbank ASC 2020-ci ilin birinci yarısında aktivlərini 10,4% azalaraq 591,807 milyon manata endirib.

30 iyun 2020-ci il tarixinə kredit portfeli 356,222 milyon manat olub ki bu da 2019-cu ilin sonuna nisbətən 2,7% azalma deməkdir. Bununla yanaşı, iyul ayının əvvəlinə liman kreditləri 36,177 milyon manat təşkil edib.Bu göstərici yanvar ayı ilə müqayisədə 34,2% azdır, biznes kreditləri 210.792 milyon manat olub ki, bu göstərici 1.1% artım kimi qiymətləndirilir.

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 505,712 milyon manata bərabər olub.Ötən ilin sonu ilə müqaisədə 11,9% azdır.Bankdakı əmanətlər 29,7 % azalaraq  235.419 milyon manat , o cümlədən əhalinin əmanətləri 19,8 % azalaraq 191.894 milyon manat olub.

İyulun əvvəlinə bankın kapitalı 86,095 milyon manat (azalma 1,1%), nizamnamə kapitalı isə 102,5 milyon manat (dəyişməz) olub.

Bankın 2020-ci ilin birinci yarısındakı fəaliyyətinin nəticələrinə görə xalis zərər 1 milyon 880.77 min manat təşkil edib. (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 81% azalma)

Müəllif:Aynur Qəniyeva