BANK

28 İyul

"Yapı Kredi Azerbaijan" bankının xalis mənfəəti 86,1% AZALIB

Yapı Kredi Bank Azerbaijan» QSC 2020-ci ilin I yarısında aktivlərini 17,2% - 355,069 milyon manata qədər azaldıb.

30 iyun 2020-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 159,389 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 14,9%), o cümlədən istehlak kreditləri 43,181 milyon manat (azalma 8,8%), biznes kreditləri 105,199 milyon manat (azalma 19,1%) təşkil edib.

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 273,817 milyon manata (azalma 21,2%), depozitləri 254,041 milyon manata (azalma 20,8%), əhalinin əmanətləri 84,067 milyon manata (azalma 9,8%) bərabərdir.

İyunun 30-na “Yapi Kredi Bank Azerbaijan”ın kapitalı 81,252 milyon manat (2019-cu ilin sonuna olan göstəriciyə uyğundur), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.

Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 471,59 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 86,1% azdır.