BANK

27 İyul

Dollar dəyər itirir, avro sürətlə bahalaşır

Amerikada iqtisadi qeyri-müəyyənliyin artması və bu həftə hökümət tərəfindən təqdim ediləcək yeni iqtisadi proqramın, konqresdə müzakirələri fonunda gözləntilər, dolların aparıcı valyutalar qarşısında dəyər itirməsinə səbəb olur. Sürətlə bahalaşaraq, EUR/USD məzənnəsi artıq 1.17$-a ticarət edilir və 1.19$-a kimi də bahalaşa bilər. 

Bununla yanaşı, cümə axşamı ABŞ və cümə gün Avrozonanın iqtisadi inkişafına dair dərc ediləcək önəmli fundamental göstəricilər önəmli rol oynayacaqdır. Çərşənbə günü Amerika Mərkəzi Bankının (FED) iqtisadi gözləntilərinə dair açıqlamalar da investorlar tərəfindən böyük maraqla gözlənilir.