BANK

24 İyul

Azərbaycanda BOKT-ların öhdəlikləri AZALIB

BOKT-ların öhdəlikləri 2020-ci ilin iyul ayının əvvəlinə 195,7 milyon manat təşkil edib

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici üzrə ötən aya nisbətən 2,8% azalma qeydə alınıb.

Məlumata görə,  kredit ittifaqlarnın öhdəlikləri 2020-ci ilin iyul ayının əvvəlinə 6 milyon manatdır. Bu ötən aya nisbətən 7,7% azalma deməkdir.

Qeyd edək ki,Azərbaycanda  87 BOKT, o cümlədən 42 kredit ittifaqı fəaliyyət göstərmək üçün lisenziya alıb.Xarici kapitallı BOKT-ların sayı 11-dir.

Müəllif:Aynur Qəniyeva