ABŞ dolları mart ayında əhəmiyyətli valyutalara qarşı bahalaşandan sonra kəskin şəkildə aşağı düşüb
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,strateqlər dolların ucuzlaşmasını və onun növbəti yolunu qiymətləndirib
Dollar, investorların mart ayında yüksəlişin ardınca, 2018-ci ilin əvvəlindən bu yana ən pis ayını qeyd etməyə meyl etdi. Bir çox strateq satış dalğasının davamını gözləyir
ABŞ-da mənfi real faiz dərəcələri, koronavirus ABŞ-da dayanmadan yayılmağa davam etməsi və qlobal risk qavrayışının artması investorların maraq dairəsini dəyişib.
Dolların əsas valyutalara nisbətini ölçən Bloomberg Dollar Spot Indexi (BBDXY) iyul ayında artıq 2.3 faiz azalıb. Bundan əlavə, ABŞ-ın beş illik Xəzinədarlıq istiqrazlarının faiz dərəcəsi cümə günü rekord səviyyəyə 0,2548 faiz səviyyəsinə düşüb.
Müəllif:Aynur Qəniyeva