Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətlərində bahalaşma dinamikasının zəifləməsi, yenidən güclü dalğalanma ilə müşaiyət oluna bilər.
Bu gün Avrozona və İngiltərədən açıqlanacaq sənayə və xidmət sektorlarına dair önəmli fundamental məlumatlar öncəsi, avro və funtun qiymətlərində bahalaşma dinamikasının zəiflədiyi müşahidə edilir. Lakin göstəricilər üzrə müsbət proqnozlar etimadı doğruldacağı təqdirdə, avroda bahalaşma 1.17, funtda isə 1.28$-a kimi davam edə bilər.
Bununla yanaşı, əlvan metallar bazarlarında da artım dalğasının davam edəcəyi proqnozlaşdırılır, önəmli hədəflər isə 1911 və 1941$-dır.
Qeyd etmək lazımdır ki, Avrozona üzrə göstəricilər bu gün Bakı vaxtı ilə saat 12:00, İngiltərə üzrə isə 12:30-da dərc ediləcəkdir.