BANK

24 İyul

Manatın dövretmə sürəti artıb

2020-ci ilin iyul ayının 1-nə olan məlumata görə,Azərbaycanda manatın dövretmə sürəti ötən aya nisbətən 0,07% bənd artaraq 3,94 bənd təşkil edib 

Fins.az-ın Mərkəzi banka istinadən yayımladığı məlumata görə, ölkənin geniş pul kütləsi ötən aya nisbətən 416,7 milyon manat azalaraq 26213,5 milyon manat təşkil edib.

Məlumata görə, Azərbaycanın manatla olan geniş pul kütləsi  2020-ci ilin may ayına nisbətən 147,8 milyon manat artaraq 17169,1 milyon manat təşkil edib.

Müəllif:Aynur Qəniyeva