BANK

24 İyul

Yelo Bank hesabat verdi -KREDİT PORTFELİ ARTIB 

Yelo Bank 2020-ci ilin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

Fins.az -a bankdan daxil olmuş məlumata görə, 30 iyun 2020-ci il tarixinə bankın aktivləri 451.5 milyon manat, kredit portfeli 305.2 milyon manat, depozitlər 307.1 milyon manat, rüb üzrə xalis zərər isə 7.3 milyon manat təşkil edib. Bankın məcmu kapitalı 54.1 milyon manatdır.

Yelo Bankın kredit portfeli 823 min manat artaraq 275.8 milyon manata çatıb. Rüb ərzində bank tərəfindən müştərilərə 17 milyon manat kredit verilib ki, bunun 7 milyon manatı mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərin payına düşür. 

İlin əvvəlindən ümumi məbləği 44 milyon manat təşkil edən 2000-dən çox biznes krediti restrukturizasiya olunub.