BANK

24 İyul

Mərkəzi Bank: Azərbaycanda əhalinin banklardakı əmanətləri azalıb

Bu ilin iyul ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 706,4 mln. manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankın məlumatına görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 45,1 mln. manat və ya 0,6% artıb.

Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 1 029,9 mln. manat və ya 11,8% azalma deməkdir.