BANK

24 İyul

Bank karlarının təhlükəsizlik standartlarının yüksəldilməsi üçün vebinar

Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və “Jet İnfosistemləri” ASC-nin birgə təşkilatçılığı ilə bank mütəxəssisləri üçün vebinar keçirilib.
Assosiasiyadan fins.az-a verilən məlumata görə vebinarda “Jet İnfosistemləri” ASC-nin İnformasiya Təhlükəsizliyi üzrə eksperti Aleksandr Markovçin tərəfindən “PCI DSS Standartı” mövzusunda təqdimat keçirilərək ödəniş kartı məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartların tələbləri və bu istiqamətdə atılacaq addımlar iştirakçıların diqqətinə çatdırılıb.
Qarşılıqlı müzakirələr əsasında keçirilən vebinarda iştirakçıların sualları cavablandırılıb, ödəniş kartı məlumatlarının təhlükəsizliyi üzrə əsas prinsiplər açıqlanıb.
Qeyd edək ki, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası çərçivəsində rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə tədbirlər davam etdirilir.