BANK

24 İyul

\"Dollar dünyanın əsas valyutasıdır və biz onu qoruyacağıq\"

ABŞ Maliyyə Naziri Steven Mnuchin, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə mübarizədə planlaşdırılan yeni təşviq paketində əmək haqqı vergisində azalmanın olmayacağını və ABŞ prezidenti Donald Trump-ın insanlara tez bir zamanda ödənilməsini istədiyini bildirib.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Mnuchin, qatıldığı bir televiziya proqramında müzakirə edilən 1 trilyon dollarlıq yeni bir təşviq paketi ilə bağlı fikirlərini bölüşüb.

ABŞ prezidenti Donald Trump-ın yeni təşviq paketində prioritetinin uşaqlar və məşğulluq olduğunu xatırladan Mnuchin, məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün 105 milyard dollarlıq vəsaitin ayrılacağını qeyd edib.

Mnuchin, artan işsizlik sığortasının gələn həftə başa çatacağını və təşviq paketinin prioritetinin cavab verilməsini xatırladıb.

İşsizlik sığortasının hazırkı şəkildə davam etməyəcəyini ifadə edən Mnuchin, "İnsanlara evdə qalmağa görə daha çox  pul verməyəcəyik. İş tapa bilməyən insanların ağlabatan bir" maaş əvəzçisi "almasını təmin etmək istəyirik. Beləliklə, bu təxminən 70 faiz maaş əvəzçiliyinə əsaslanır. deyə qeyd edib.

Xəzinədarlıq naziri Mnuchin, Kovid-19 peyvəndi üçün 16 milyard dollarlıq yeni maliyyələşdirmə ilə razılaşdırıldığını xatırladlb

Mnuchin, yeni təşviq paketində maaşların azaldılmasının daxil edilməyəcəyinə işarə edərək, "Prezidentin seçimi avqust ayında insanlara sürətli ödəmələr etməyimizə əmin olmaqdır." -deyə bu məsələyə aydınlıq gətirib

Mnuchin, Kovid-19 epidemiyasına qarşı həyata keçiriləcək yeni təşviq paketinin 1 trilyon dollar olacağına diqqət etdiklərini və bundan sonra digər təşviq addımlarının da ola biləcəyini bildirib.

Sabit bir dollar istədiklərini vurğulayan Mnuchin, "Dollar dünyanın əsas valyutasıdır və biz onu qoruyacağıq." deyib.

Müəllif:Aynur Qəniyeva