BANK

23 İyul

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda uçot dərəcəsini dəyişməyərək 8,25% səviyyəsində sabit saxlayıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında isə 9,75%-dən 8,75%-ə endirilmişdi.