BANK

23 İyul

AYİB-in builki investisiyaları rekord həddə çatıb

Bu ilin birinci yarısında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfdaş ölkələrə rekord həcmdə – 5 mlrd. avrodan çox investisiya yatırıb ki, bu da illik müqayisədə 35%-lik artım deməkdir.

Fins.az xəbər verir ki, bu barədə AYİB-in dərc etdiyi məlumatda deyilir.

Qeyd olunub ki, investisiyaların həcmində bu cür artımın əsas səbəbi bankın tərəfdaş ölkələrə COVID-19 pandemiyasının mənfi təsirlərini azaltmaq və onların maliyyə ehtiyaclarını ödəmək üçün ayırdığı vəsaitlər olub.

Bundan əlavə, pandemiyanın qlobal ticarət axınlarına ciddi zərər vurduğuna görə, AYİB bu yaxınlarda ticarətin maliyyələşdirilməsi proqramının 2020-ci il üçün limitini 2 mlrd. avrodan 3 mlrd. avroyadək artırıb.

Qeyd edək ki, AYİB pandemiyaya cavab olaraq 1 mlrd dollar və 3 mlrd. dollarlıq maliyyə yardımı paketləri ayırdıqda ticarətin maliyyələşdirilməsi proqramı bankın müdaxiləsinin əsas sahəsi kimi müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəlki investisiyaların həcmi üzrə rekord 2016-cı ilin birinci yarısında qeydə alınıb – 3,9 mlrd. avro.