BANK

23 İyul

Bloklanmış əmanətlər hansı vəsaitlər hesabına qaytarılmalıdır?

Təsəvvür edək ki, Konstitusiya Məhkəməsi qərar çıxarır ki, yatırılmış əmanətlər sığortalanmış hesab edilir və onlar qaytarılmalıdır. Bu halda həmin vəsaitlərin mənbəyi nədir və həmin vəsaitlər hansı mənbədən əldə ediləcəkdir.

Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev ARB24 kanalında blok olunmuş əmanətlər barəsində danışarkən bildirib.

“Əgər bu vəsaitlər bu qanunu pozan tutaq ki, bankın səhmdarlarının və yaxud qərar verən şəxslərin şəxsi vəsaiti hesabına olsa başa düşüləndir. Ancaq bu bankın aktivləri hesabına olacaqsa, yenə də zərər bu bankın müştərilərinə, o cümlədən sahibkarlara dəyəcək. Bu zaman sahibkarların həm depozitlərinin, həm də cari hesabda olan vəsaitlərin qaytarılması sual altında qalır.”- deyə Samir Əliyev qeyd edib.

O, həmçinin bildirir ki, qanunvericiliyə görə, Fond pulu qaytarır əhaliyə və aktivlərini satır öz pulunu götürür. Yerdə qalan aktivlərinin satışını həyata keçirir və yerdə qalanı qaytarır. Yəni nə qədər çox insan sığortalanma prosesinə qoşularsa, bir o qədər də digər insanların vəsaiti almaq şansı aşağı düşür. Sadəcə pulun mənbəsi məsələsi vardır ki, bunu dəqiqləşdirmək lazımdır. Mən düşünürəm ki, bunu bank aktivlərinin yox, bank səhmdarlarının üstünə qoymaq lazımdır ki, həmin bank səhmdarları pulu qaytarsın.