BANK

23 İyul

Bank of Baku 2020-ci ilin birinci yarısında aktivlərini 0,5% artırıb

Bank of Baku 2020-ci ilin birinci yarısında aktivlərini 0,5% artıraraq 379.215 milyon manata çatdırıb

30 iyun 2020-ci il tarixinə kredit portfeli 349.406 milyon manat (2019-cu ilin sonuna nisbətən 3,3% artım ) təşkil edib.

Bankın öhdəlikləri 309,652 milyon manata (azalma 2,3%), bankdakı əmanətlər 2020-ci il iyun ayının sonuna 173.466 milyon manat (azalma 5.3%), o cümlədən əhalinin əmanətləri 156.251 milyon manat (azalma 5, 3%).

Bankın kapitalı 2020-ci il iyulun əvvəlinə 69 milyon 563.34 min manat (artım 8.7%), nizamnamə kapitalı 52.87 milyon manat (dəyişilməyib) təşkil edir.

Bankın ilin birinci yarısındakı fəaliyyətinin nəticələrinə görə xalis mənfəəti 5 milyon 405.27 min manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 83.3% azdır.

Müəllif:Aynur Qəniyeva