BANK

22 İyul

Unibank hesabat verdi -BİZNES KREDİTLƏRİ 12.8% ARTIB

 Unibank aktivlərini 2020-ci ilin birinci yarısında 9,2% azalaraq 714.714 milyon manata enib

30 iyun 2020-ci il tarixinə bankın kredit portfeli 522,888 milyon manatdır (2019-cu ilin sonuna nisbətən 3% artım - İF). Eyni zamanda, istehlak kreditlərinin payı 270.908 milyon manat (azalma 6.7%), biznes kreditləri 190.834 milyon manat (artım 12.8%) təşkil edib.

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 620.993 milyon manat (azalma 10.9%) təşkil etmişdir. Müştəri hesabları 439.779 milyon manat (azalma 17.1%), xüsusilə əhalinin əmanətləri 355.057 milyon manat (azalma 14.9%) olub.

1 iyul 2020-ci il tarixinə bankın kapitalı 93,721 milyon AZN (artım 3,9%), nizamnamə kapitalı 125 milyon 686.3 min AZN (dəyişmyib.)

Hesabat dövründə bankın fəaliyyətinin nəticələrinə görə xalis mənfəəti 9 milyon 94,84 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,1% azdır.

Müəllif:Aynur Qəniyeva