BANK

22 İyul

Bu Avropa bankı Gürcüstana 45 milyon avro məbləğində kredit ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası, COVID-19-in mənfi iqtisadi və sosial təsirini azaltmaq və islahatları dəstəkləmək üçün Gürcüstana 45 milyon avro məbləğində kredit təsdiqləyib

Dünya Bankı tərəfindən maliyyələşdirilən Böhran Bərpası Müəssisəsi (CRF) krediti "təhlükə yarada biləcək COVİD-19 yayılmasının təsiri nəticəsində yaranan gözlənilməz maliyyə kəsirini ödəyəcək.

Bank maliyyələşmənin inklüziv böyüməyə, insan kapitalına investisiya qoyuluşuna, əlaqələri və inteqrasiyanı yaxşılaşdırmaq, təhsil sisteminin keyfiyyətini və makroiqtisadi idarəetməni yaxşılaşdırmaqla iqtisadiyyatın dayanıqlığını artıracağına inanır.

"Kredit Gürcüstan hökumətinə covid 19 xəstəliyinə daha təsirli cavab verə bilməsi üçün təcili büdcə dəstəyi verir. AIIB-dən maliyyələşdirmə itkiləri minimuma endirməyə və ölkəni bərpa yoluna çıxarmağa kömək edəcək" deyə bankın investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski mətbuata açıqlamasında bildirib.

Bu kredit AİİB tərəfindən 2020-ci ilin mayında təsdiqlənmiş COVID-19 kontekstində 91.34 milyon avro məbləğində əvvəlki təcili yardımdan sonra CRF çərçivəsində Gürcüstan üçün ikinci kreditdir.

AIIB həm Asiyada, həm də hüdudlarından kənarda davamlı infrastruktura və istehsala sərmayə qoymaq üçün ayrılmış çoxtərəfli inkişaf bankıdır. Çinin təşəbbüsü ilə yaradılan bank 2016-cı ilin yanvar ayında fəaliyyətə başlayıb.

Müəllif:Aynur Qəniyeva