BANK

21 İyul

Beynəlxalq Valyuta Fondu dolların üstünlüyünün böhranı dərinləşdirdiyi barədə XƏBƏRDARLIQ ETDİ 

Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edir ki, ABŞ dollarının qlobal ticarətdə və maliyyədə üstünlüyü COVID-19 böhranının təsirini daha da artıra bilər.

BVF-nin araşdırmasında bildilir ki, güclü dollar qısamüddətli dövrdə qlobal ticarət və iqtisadi fəallığın azalmasını daha da ağırlaşdıra bilər.

Financial Times qəzeti yazır ki, pandemiya fonunda inkişaf etməkdə olan ölkələrin valyutalarının dollara nisbətdə ucuzlaşması inkişaf etməkdə olan ölkələrin ixracının rəqabət qabiliyyətinin artmasına ümidləri artırıb.

Bununla yanaşı, BVF iqtisadçılarının fikrincə, inkişaf etməkdə olan ölkələr iqtisadiyyatı stimullaşdırmaq üçün milli valyutalarının dollara qarşı zəifləməsindən faydalana bilməzlər, çünki qısa müddət ərzində məzənnələrinin dinamikası ixracata az təsir göstərir, qiymətləri dollarla təyin olunur.

Eyni zamanda dolların möhkəmlənməsi idxal qiymətlərinin artmasına və idxal olunan mal və xidmətlərə tələbatın azalmasına səbəb olur.

Bundan əlavə, adətən milli valyutaların dalğalanmasına sərt reaksiya göstərən turizm sənayesinin bərpası karantin tədbirləri səbəbindən məhduddur.

BVF qeyd etdi ki, dollarla hesablaşmaların ən çox payı Latın Amerikası və Asiyanın xarici ticarətində müşahidə olunur.

Mart ayında, qlobal birjaların çöküşü fonunda, dollara tələb artdı və bunun nəticəsində ABŞ Federal Rezervi xarici mərkəzi banklarla mübadilə xəttlərini işə saldı. May ayında dolların məzənnəsi azalmağa başladı və xarici mərkəzi bankların dollar kreditlərinə tələbi azaldıb.

Daha sonra inkişaf etməkdə olan ölkələrin valyutalarının dollara nisbətdə məzənnəsi hələ də böhrandan əvvəlki səviyyələrdən aşağıdır. FT-nin qeyd etdiyi kimi, Braziliyalı real ilin əvvəlindən bəri təxminən üçdə biri dəyərdən düşdü, Meksika pesosu isə ABŞ dollarına qarşı 20% dəyərsizləşib.

Müəllif:Aynur Qəniyeva