BANK

21 İyul

Rabitəbank aktivlərini artırıb-MƏBLƏĞ

Rabitəbank aktivlərini 2020-ci ilin birinci yarısında 25,1% artıraraq 926.089 milyon manata çatdırıb

30 iyun 2020-ci il tarixinə bankın kredit portfeli 382,525 milyon manat təşkil edib. Eyni zamanda, altı ayın sonuna istehlak kreditlərinin həcmi 94,325 milyon manat (azalma 7.1%), biznes kreditlərinin 222.195 milyon manat (artım 7.5%) qiymətləndirilir.

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 828.326 milyon manat (artım 29.7%) təşkil edib

İyun ayının sonuna bankdakı depozitlər 657,836 milyon manat (artım 31,3%), o cümlədən fiziki şəxslərin əmanətləri 226.171 milyon manat (azalma 3,2%) olub.

Bankın kapitalı 2020-ci il iyulun əvvəlinə 97,762 milyon manata (azalma 3,6%), nizamnamə kapitalı 101.3 milyon manata (dəyişməz) bərabərdir.

İlin birinci yarısında bankın xalis mənfəəti 1 milyon 774 min manat olub.

Müəllif:Aynur Qəniyeva