Çin, banklararası və birja istiqraz bazarlarını birləşdirəcək.
Fins.az "Reuters"-ə istinadən xəbər verir ki, bazar günü Çin Xalq Bankı, ayrılmış istiqraz bazarlarını birləşdirməyə və pul siyasətinin ötürülməsini və makro iqtisadi idarəetməni asanlaşdırmağa yönəlmiş addım atıb.
PBOC-dan verilən açıqlamada,bildirilir ki, ixtisaslı investorlara birjalarda "bağlantı" infrastrukturu ilə satılan istiqrazları almaq və satmaq icazəsi veriləcəkdir.
1997-ci ildə yaranan və mərkəzi bank tərəfindən nəzarət edilən və bankların üstünlük təşkil etdiyi banklararası istiqraz bazarı buraxılış və ticarət həcmi baxımından birja istiqraz bazarından qat-qat böyükdür.
Birja istiqrazları bazarı Çin Qiymətli Kağızlar Tənzimləmə Komissiyası tərəfindən tənzimlənir və vasitəçilərin investisiya fondları və fərdi şəxslər kimi iştirakçıların əməliyyatlarına nəzarət edir.
Mərkəzi bankın məlumatlarına görə, 2019-cu ilin sonuna qədər Çinin ümumi istiqrazları 99,1 trilyon yuana (143 milyard dollar) çatıb, banklararası istiqrazlar 86,4 trilyon yuana və ya bu məbləğin 87,2% -ni təşkil etdi.
2018-ci ildə Çinin mərkəzi bankı banklararası və birja istiqraz bazarlarında istiqraz reytinqini birləşdirməyə, bu iki bazar arasındakı maneəni aradan qaldırmaq üçün ilk addım atıb.
Müəllif:Aynur Qəniyeva