BANK

17 İyul

\"TuranBank” birinci yarımillikdə aktivlərini 6,7% artırıb

TuranBank” 2020-ci ilin yanvar-iyun aylarında aktivlərini 6,7% - 522,55 milyon manata qədər artırıb. 
İyunun 30-na bankın kredit portfeli 341,314 milyon manata (artım 0,3%) bərabər olub.

Hesabat dövrünün sonuna “TuranBank”ın öhdəlikləri 446,642 milyon manat (artım 7,7%) təşkil edib.

Bu dövrün sonuna bankın depozit portfeli 255,345 milyon manat (artım 2,2%) təşkil edib.

İyunun 30-na bankın kapitalı 75,909 milyon manata (artım 1,5%), nizamnamə kapitalı 70,004 milyon manata (dəyişməyib) bərabərdir.

Birinci yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 117 min manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar-iyun aylarının göstəricisindən 7,4 dəfə çoxdur.

“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir